NATO: “Türkiyəni hər zaman qorumağa hazırıq”
Bizi izləyin

Dünya

NATO: “Türkiyəni hər zaman qorumağa hazırıq”

Türkiyə baş naziri Əhməd Davudoğlu Ankarada səfərdə olan NATO-nun baş katibi Jens Stoltenberqlə görüşüb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, görüşdə Suriya və İraqda baş verən proseslər NATO çərçivəsində müzakirə olunub.

Türkiyə baş naziri başda “Patriot” raketdən müdafiə sistemləri olmaqla NATO-nun bu müddətdə verdiyi dəstəyin əhəmiyyətli olduğunu ifadə edib.

J.Stoltenberq isə İraq və Suriyada yaşananlardan ən çox təsirlənən ölkə olan Türkiyə ilə həmrəyliyini nümayiş etdirmək üçün Ankarada olduğunu bildirib. NATO-nun hər zaman Türkiyəni müdafiə etməyə hazır olduğunu vurğulayan baş katib qeyd edib ki, ittifaqın belə bir kritik bölgədə Türkiyə kimi güclü üzvə sahib olması əlavə üstünlük sayılmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm