• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Moskva Türkiyəyə etiraz etdi

  • Dünya
  • 10 Oktyabr 2014 02:04
  • 432 Baxış
Moskva Türkiyəyə etiraz etdi

“Suriyada uçuşa qadağan bölgənin yaradılmasına ancaq BMT Təhlükəsizlik Şurası qərar verə bilər”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandır Lukaşeviç Moskvada təşkil etdiyi aylıq mətbuat konfransında deyib.

“Türkiyə-Suriya sərhədində uçuşa qadağan bölgənin yaradılmasına yalnız BMT Təhlükəsizlik Şurası qərar verə bilər. İraq və Liviyada bunun necə olduğunu və hansı nəticələr verdiyini xatırlayırsınız. Ölkələrin və ya koalisiyaların bu məsələdə təkbaşına verdiyi qərarlar qanuni deyil”, - deyə A.Lukaşeviç vurğulayıb.

Rusiyalı diplomat bildirib ki, hər hansı bir ölkənin torpaqlarında terrorla mübarizə əməliyyatlarında həmin dövlətin əsas hüquqları və maraqları nəzərə alınmalıdır. “Ancaq hazırda buna diqqət edilmədi və edilmir”, - o, əlavə edib.

Xatırladaq ki, Türkiyə İŞİD-ə qarşı koalisiyada yer almaq üçün uçuşa qadağan bölgənin yaradılmasını əsas şərt olaraq irəli sürür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR