Atatürk hava limanında İŞİD gərginliyi, 50 qadın saxlanıldı
Bizi izləyin

Dünya

Atatürk hava limanında İŞİD gərginliyi, 50 qadın saxlanıldı

İŞİD-in Kobaniyə hücumuna etiraz etmək istəyən “Döyüşə Qarşı Qadın Təşəbbüsü” təşkilatının üzvü olan qadınlar Atatürk hava limanına toplaşıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qadınlar İŞİD və Türkiyə hökuməti əleyhinə şüarlar səsləndirməyə başlayıb.

Polislər dərhal qrupa müdaxilə edərək onları hava limanından uzaqlaşdırmağa çalışıb. Etiraz edən qrupa bəzi sərnişinlər da reaksiya göstərib. Polislər etirazçıları ərazidən uzaqlaşdırmaq üçün avtobusa mindirərərk hava limanından uzaqlaşdırıblar. Məlumata görə, təxminən 50 etirazçı polis mərkəzinə aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm