Lukaşenko da “Yeni SSRİ” müqaviləsinə imza atdı
Bizi izləyin

Dünya

Lukaşenko da “Yeni SSRİ” müqaviləsinə imza atdı

Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının yaradılması barədə müqavilənin təsdiqi haqqında qanunu imzalayıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Belarusu dövlət agentliyi BELTA bildirib.

Bu gün həmçinin Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə təsdiqləyib. Sənəd imzalanmaq üçün dövlət başçısına göndəriləcək.

Oktyabrın 4-də isə Rusiya prezidenti Vladimir Putin müqaviləni imzalayıb.

Xatırladaq ki, Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko bu il mayın 29-da Qazaxıstanın Astana şəhərində Avrasiya İqtisadi İttifaqının yaradılması haqda müqaviləni imzalayıblar. Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Oktyabrın 10-da Minskdə Avrasiya İttifaqının sammiti keçiriləcək. Sammitdə Ermənistanın bu təşkilata üzv olması ətrafında məsələlər müzakirə olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm