Narkobaron həbs edildi
Bizi izləyin

Dünya

Narkobaron həbs edildi

Meksikada ölkənin ən iri narkokartelinin lideri həbs olunub. “Xuares” narkokartelinin liderini hökumət illərlə axtarsa da, onu həbs etmək imkansız sayılırdı.

Publika.azAssociated Press” agentliyinə istinadən xəbər verir ki, 51 yaşlı narkobaron Vinsente Karrilyo Fuentesin başına 30 milyon peso (təxminən 2,5 milyon dollar) mükafat qoymuşdular. Mükafatın kiməsə çatıb-çatmaması haqda məlumat yoxdur. Fakt odur ki, məşhur narkobaron Torreon şəhərində həbs edilib.

“Xuares” Meksikanın ən iri narkokarteli sayılır və ölkənin 21 ştatında fəaliyyət göstərir . Əsas bazaları Syudad-Xuares şəhərindədir. Əsas biznesləri Meksikadan ABŞ və Avropaya narkotik daşımaqdır.

2007-ci ildə “Xuares” və digər nəhəng narkokartel “Sinloa” arasında amansız müharibə başlayıb. İki narkomafiyanın savaşında minlərlə insan həyatını itirib.

Vinsente Karrilyo Fuentes isə "Xuares”ə 1997-ci ildən başçılıq etmişdi. ABŞ ərazisinə iri miqdarda narkotik keçirdiyinə görə “hava hökmdarı” ləqəbi almışdı.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm