Dünya
Ermənistan qəfəsə doğru...
Ermənistan Avrasiya İttifaqına doğru gedir, bu, qəfəsə gedən yoldur.
Publika.az xəbər verir ki, bu gün Minskdə
keçirilən Avrasiya İttifaqının növbəti sammitində Ermənistanın
quruma üzvlüyünə baxılacaq.
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov dünən
açıqlamasında bu məsələnin həll edildiyini, bugünkü sammitdə
müzakirə ediləcəyini və gələn ilin yanvar ayından etibarən
Ermənistanın ittifaqa üzvlüyə başlayacağını açıqlayıb.
Lakin məlum olduğu kimi, Yerevanın ittifaqa üzvlüyü problemsiz
deyil. Ən böyük maneə isə Dağlıq Qarabağın işğalıdır.
Erməni mediası isə Yerevanın ittifaqa gedən yolunu qəfəsə doğru
aparan yol kimi dəyərləndirib.
Ermənistan, Putin, Lukaşenko və Nazarbayevin göstərişi ilə hərəkət
etməli olacaq. Beləliklə, bu dövlətlər Ermənistan hərəkətlərini
idarə edəcək, onun haqqında qərarları özü verəcək.
Erməni mediası bu üç ölkənin Azərbaycanı səmimi dost hesab
etməsinə də diqqət çəkərək bunu Ermənistan üçün çöküş kimi
qiymətləndir.
Ermənistan parlamentinin deputatı Artak Davtyan isə Minsk sammiti
haqqında maraqlı fikir səsləndirib.
“Biz bu müqaviləni imzalamağa hazırıq. Əgər hansısa yeni məktub gəlməsə, Azərbaycan tərəfindən fəallıq olmasa, həmçinin Gömrük İttifaqına üzv ölkələrin hansısa etirazları meydana çıxmasa bu müqaviləni imzalaya biləcəyik”, - deyə erməni deputat Azərbaycan Prezidenti İlham Əliyevin Astanadakı təsis sammitinə göndərdiyi məktuba işarə vurub.
Erməni deputat hesab edir ki, hər kəs hər şeyi açıq şəkildə
bilməlidir. Onun sözlərinə görə, hər şey qəzəblənmiş İlham Əliyevin
məktubundan, Putinin Sərkisyana qələm verməməsindən asılı
olmamalıdır.
Asif Nərimanlı
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı