Rza Zərrabın adı yenə rüşvət qalmaqalında
Bizi izləyin

Dünya

Rza Zərrabın adı yenə rüşvət qalmaqalında

İranda korrupsiya əməliyyatında həbs edilən iş adamı Babək Zəncaninin neft satışından əldə etdiyi 2,7 milyard dolları ölkədən çıxarmaq üçün Rza Zərrabdan istifadə etdiyi iddia edilir.

Axar.az xəbər verir ki, Babək Zəncani İran neftinin “qara bazar”da satışından qanunsuz gəlir əldə etməkdə təqsirləndirilir. İran məclisində qurulan araşdırma komissiyasının üzvü Əmr Abbas Sultani Rza Zərrabın neft gəlirlərini ölkədən çıxarmaq üçün Babək Zəncaniyə kömək etdiyini deyib.

Rza Zərrabın vəkili Şeyda Yıldırım isə İran parlamentinin bu iddiasını inkar edib və Babək Zəncani ilə heç bir ortaqlıqlarının olmadığını deyib.

Qeyd edək ki, Türkiyədə rüşvət, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə aparılan istintaq işində adı keçən iranlı iş adamlarının ölkəyə tətbiq olunan embarqo sayəsində qeyri-leqal gəlirlər əldə etdikləri haqda xəbərlər yayıldıqdan sonra İran Prezidenti Həsən Ruhani vitse-prezident İshaq Cahangiriyə bu məsələnin araşdırılması barədə göstəriş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm