Lavrovdan Türkiyəyə sərt xəbərdarlıq
Bizi izləyin

Dünya

Lavrovdan Türkiyəyə sərt xəbərdarlıq

Türkiyənin Suriya Prezidenti Bəşər Əsədin devrilməsi şərti ilə əməliyyatlara qatıla biləcəyi açıqlamasına Rusiyadan cavab gəlib.

Axar.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov verdiyi açıqlamasında Türkiyəyə sərt xəbərdarlıq edib.

“Terrorla mübarizə adı altında Suriyada rejim dəyişdirmək niyyətləri Rusiya tərəfindən qəbul oluna bilməz. Bu yöndə olan açıqlamaları pis qarşılayırıq”, - Lavrov bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu Suriyadakı hərbi əməliyyatlara Əsədin devriləcəyi təqdirdə qatıla biləcəkləri ilə bağlı çıxış etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm