Qafqaz qaynayır: İŞİD-in məşhur gürcü komandiri qayıdır
Bizi izləyin

Dünya

Qafqaz qaynayır: İŞİD-in məşhur gürcü komandiri qayıdır

Ömər əl-Şişani adı ilə məşhur olan İŞİD komandirlərindən Tarxan Batiraşvili Qafqazaya geri qayıdır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb.

Agentlik Ömər əl-Şişaninin bu sözləri atası ilə telefon danışığı zamanı dediyini bildirib:

“Biz Rusiyadan Gürcüstanın intiqamını alacağıq. Geriyə qayıdacaq və rusların dərsini verəcəyik. Mən gələcəyəm, arxamca da minlərlə insan gələcək”.

Qeyd edək ki, Tarxan Batiraşvili milliyətcə gürcüdür. O, 2008-ci ildə Rusiyanın Gürcüstana hücumuna qarşı vuruşub. Sonradan Batiraşvili qanunsuz silah saxladığına görə həbs olunub. Azad olunduqdan sonra Türkiyəyə yollanıb və buradan da Suriyaya keçib. İlk vaxtlar Ceyş əl-Muxadjirin val-Ənsar qruplaşmasının komandiri olsa da, sonradan İŞİD-ə qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm