Putin Kişnyovu qərarı təkrar gözdən keçirməyə çağırdı
Bizi izləyin

Dünya

Putin Kişnyovu qərarı təkrar gözdən keçirməyə çağırdı

Rusiya prezidenti Vladimir Putin Moldovanı Avropa Birliyi ilə assosiasiya haqqında sazişin şərtlərini təkrar gözdən keçirməyə çağırıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, V.Putin bu barədə Minskdə keçirilən MDB dövlət başçılarının sammitində çıxışı zamanı edib.

Rusiya prezidenti Kişnyova Rusiya, Avropa Birliyi və Ukrayna arasında əldə olunan razılıqlara oxşar qaydada assosiasiya haqqında razılaşmanı nizama salmağı təklif edib. V.Putin xatırladıb ki, Avropa Birliyi və Ukrayna ilə intensiv konsultasiyalar nəticəsində assosiasiya haqqında razılaşmanın iqtisadi hissəsini 31 dekabr 2015-ci ilə qədər təxirə salmaq mümkün olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm