Nursultan Nazarbayev: “MDB-yə yeni konsepsiya lazımdır”
Bizi izləyin

Dünya

Nursultan Nazarbayev: “MDB-yə yeni konsepsiya lazımdır”

“Müstəqil Dövlətlər Birliyi yeni konsepsiyanı hazırlamalıdır”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev Minskdə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində çıxışı zamanı deyib.

“Ola bilər ki, dövlət başçıları ilə məsləhətləşək və MDB-nin inkişafının yeni konsepsiyası haqqında razılaşaq”,- deyə Qazaxıstan prezidenti bildirib.

N.Nazarbayevin fikrincə, MDB-nin yeni konsepsiyası 2016-cı ildə təşkilatın 25-illiyində hazırlana bilər. Qazaxıstan prezidenti əminliyini ifadə edib ki, MDB-də ticarət-iqtisadi münasibətlər, tranzit-nəqliyyat, aqrar- sənaye kompleksi, ərzaq təhlükəsizliyi və azad ticarət zonalarının yaradılması iqtiqamətlərində əməkdaşlıq inkişaf etdiriləcək.

N.Nazarbayev həmçinin MDB-nin növbəti sammitinin 2015-ci ilin dördüncü rübündə keçiriləcəyini elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm