Dövlət Duması Donbasdakı kütləvi məzarlıqlarla bağlı qətnamə qəbul etdi
Bizi izləyin

Dünya

Dövlət Duması Donbasdakı kütləvi məzarlıqlarla bağlı qətnamə qəbul etdi

"Ukrayna xalqına qarşı cinayətkar əməllərin bütün iştirakçıları məhkəmə qarşısında durmalı və layiq olan cəzanı çəkməlidir”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının qəbul etdiyi qətnamədə deyilir.

Qətnamədə dünya parlamentləri və beynəlxalq təşkilatlara Ukraynanın cənub-şərqində dinc vətəndaşlara qarşı cinayətlərin araşdırılması ilə bağlı çağırış əksini tapıb. Qətnamənin lehinə 428 deputat səs verib, 1 deputat isə bitərəf qalıb.

Qətnamənin qəbul edilməsinə əsas olaraq 2014-cü ilin sentyabrında Donetsk şəhərinin yaxınlığında aşkarlanan kütləvi məzarlıqlar göstərilir. Rusiyalı deputatların fikrincə, həmin məzarlıqlarda basdırılan insanlar Kiyev hakimiyyətinin qurbanı olublar.

Qeyd edək ki, sentyabrın 5-də Ukraynanın şərqində vəziyyətin sabitləşməsindən bu yana Donbas hövzəsində bir-birinin ardında aşkarlanan kütləvi məzarlıqlar tərəflərin əlində qarşı tərəfi ittiham etmək üçün alətə çevrilib. “Donetsk Xalq Respublikası” separatçı qurumun “baş naziri” Aleksandr Zaxarçenko aşkarlanan cəsədlərində bəzilərində daxili orqanların olmadığını bildirib.

Kiyev isə separatçıların bu iddialarını inkar edir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenkonun kütləvi məzarlıqların tapıldığı ərazidə Milli Qvardiya və Ukrayna ordusunun heç bir hərbçisinin olmadığını deyib.

Bir müddət əvvəl isə Rusiya prezidentinin İnsan Haqları üzrə Şurasının rəhbəri Mixail Fedotov kütləvi məzarlıqların araşdırılması üçün beynəlxalq qrup tələb edib. O həmçinin qeyd edib ki, beynəlxalq tədqiqat qrupunun obyektiv fəaliyyət göstərməsi üçün onun tərkibinə beynəlxalq hüquq müdafiəçiləri və jurnalistlər daxil edilməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm