Ərdoğan: “Türkiyənin siyasətini küçə avaraları müəyyənləşdirmir”
Bizi izləyin

Dünya

Ərdoğan: “Türkiyənin siyasətini küçə avaraları müəyyənləşdirmir”

“Türkiyə daxili və xarici siyasətini terrorçuların, küçə avaralarının zorakı hərəkətləri ilə müəyyənləşdirəcək bir ölkə deyil”.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərq vilayətlərində baş verən hadisələri şərh edərkən deyib.

“Kürd məsələsinin həll prosesinə əlimi, bədənimi, canımı qoydum. Nəyin bahasına olursa-olsun, 77 milyonun qardaşlığını təsis etmək üçün, sülh və dinclik üçün son nəfəsimə qədər mübarizəyə davam edəcəyəm”, - deyə Türkiyə dövlət başçısı vurğulayıb.

Türkiyə prezidenti ölkəsinin bölgədə baş verən qarşıdurmaların heç birində tərəf olmadığını qeyd edib: “Türkiyə heç bir məzhəbin, heç bir etnik mənşəyin yanında və yaxud da qarşısında deyil. Bütün bu qarşıdurmaların başlandığı andan bizim tərəfimiz sülh və dialoq olub. Bizim tərəfimiz insanların azad və təhlükəsizlik içində yaşaması olub. Suriya xalqı da bizim qardaşımızdır. Amma Suriya rəhbərliyi terrorçu olduğu üçün onlarla problemimiz var”.

“O vandallar, o soyğunçular, türk bayrağına hücum edən xainlər gec, ya tez bunların cavabını verəcək. Türkiyə daxili və xarici siyasətini terrorçuların, küçə avaralarının zorakı hərəkətləri ilə müəyyənləşdirəcək bir ölkə deyil. Küçəyə çıxan həmin insanların əlindən tutan əfəndiləri bilsinlər ki, Türkiyə küçə hərəkətlərindən qorxub istiqamət dəyişdirəcək bir ölkə də deyil. Türkiyə bu vandallığa əsla boyun əyməyəcək”, - deyə R.T.Ərdoğan bildirib.

Ekspertlərin isə bir çoxları hesab edir ki, Türkiyənin cənubi-şərq vilayətlərində baş verən hadisələr məhz Ankaranın İŞİD siyasətinə təsir etmək məqsədi daşıyır. Məsələn, türkiyəli politoloq Toğrul İsmayıl istisna etmir ki, burada Türkiyənin yeni münaqişəyə çəkmək məqsədi ilə provokasiyalar baş verə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm