Amerikalı analitik: “Putinin layihəsindən Azərbaycan ziyan görəcək”
Bizi izləyin

Dünya

Amerikalı analitik: “Putinin layihəsindən Azərbaycan ziyan görəcək”

“Avrasiya İttifaqı müvəffəqiyyətsizliyə məhkum edilib, zaman keçəcək və Rusiya mərkəzdən qaçan gücləri buraxacaq. Beləliklə, Qafqazın konfiqurasiyasını əsaslı şəkildə dəyişdirəcək”.


Publika.az xəbər verir ki, bunu amerikalı analitik Fred Starr deyib.
Onun fikrincə, Putinin layihəsi regionda stabilliyi pozur.


“Əminəm ki, cənab Putin Avrasiya ittifaqının güclü bilik olacağını xəyal edir. Düşünür ki, bu təkcə iqtisadi deyil, həm siyasi, həm də hərbi, eləcə də informasiya və mədəni birlik olacaq. Lakin bu olmayacaq. Bu layihə uğursuzluğa məhkumdur. Biz ehtiyat edirik ki, bunun vurduğu ziyanın çevrəsi geniş ola bilər. Hansı ki, biz bunun nümunələrini Gürcüstanda, Qırğızıstanda gördük, indi də Ukraynada görürük. Bu layihənin uğursuzluğa düçar olacağı dəqiqdir, lakin bu prosesdən daha çox ziyan görənlər olacaq. Xüsusən də, Qafqaz- Azərbaycan, Gürcüstan və müəyyən mənada Ermənistan. Cənab Putinin yaratmaq istədiyi təkcə iqtisadi layihə deyil. Bu bütün regionun stabilliyini pozur. Putin Qazaxıstana, Moldovayam və digər qonşularına təzyiq edir. Mən ehtiyat edirəm ki, Putin Rusiyanın bütün sərhəd ölkələrində stabilliyi poza bilər”, - deyə amerikalı analitik qeyd edib.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm