• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Senatorlar Ərdoğanın Suriya planını dəstəklədi

  • Dünya
  • 10 Oktyabr 2014 22:28
  • 337 Baxış
Senatorlar Ərdoğanın Suriya planını dəstəklədi

Amerikalı senatorlar Con Makkeyn və Lindsey Grahamdan Türkiyəyə dəstək bəyanatları gəlib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, senatorlar Kobanini xilas etmədiyi barədə Türkiyəyə yönələn tənqidlərin həqiqəti əks etdirmədiyini söyləyib.

“Prezidenti Rəcəb Tayyib Ərdoğan yalnız İŞİD-i yox etmək deyil, eyni zamanda Suriyadakı qarşıdurmaları sona çatdırmaq üçün Əsədi istefa verməyə məcbur etmək istəyir. Çünki ilk hədəf ikincisi olmadan mümkün deyil. Bunun üçün isə beynəlxalq bir strategiya hazırlanmalıdır. Ərdoğan bu strategiyada Suriyada vətəndaşlar və müxalif qüvvələr üçün uçuşa qadağan bölgənin qurulmasının da yer almasını istəyir. Biz də belə bir strategiyanın həm Suriya, həm də İraqda müvəffəqiyyət qazanılması üçün həyati əhəmiyyət daşıdığını müdafiə edirik”, - deyə senatorların bəyatında deyilir.

Senatorların sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdəki dostları və müttəfiqlərin böyük bir qismi də eyni fikri bölüşür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR