Çavuşoğlu: “Əsəd İŞİD-dən heç də az təhlükəlıi deyil”
Bizi izləyin

Dünya

Çavuşoğlu: “Əsəd İŞİD-dən heç də az təhlükəlıi deyil”

Fransada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Laurent Fabius ilə görüşüb.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Çavuşoğlu Türkiyənin terrorla mübarizədə üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirib.

Türkiyə xarici işlər naziri Suriya sərhədində etibarlı və uçuşa qadağan edən bölgənin yaradılmasının vacibliyini bir daha dilə gətirib.

“Terrorun əsl mənbəyi Əsəd rejimidir. İki yüz min insanı kimyəvi silahlarla öldürən bir rejim İŞİD-dən heç də az təhlükəli deyil”, - deyə M.Çavuşoğlu vurğulayıb.

Türkiyə xarici işlər naziri terroru yox etmək üçün əhatəli bir strategiya ilə hərəkət etməli olduqlarını söyləyib. O, bildirib ki, hava hücumları ilə terror yox etmək mümkün deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm