ABŞ İraqa quru qoşunları göndərir
Bizi izləyin

Dünya

ABŞ İraqa quru qoşunları göndərir

ABŞ-ın Küveytdə yerləşən dəniz piyada qoşununun bölmələri İraqa göndəriləcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Al-Baqdadiya” telekanalı bildirib.

Məlumatda bildirilir ki, hazırda İraqda olan Amerika hərbi mütəxəssisləri hərbi bazaların hazırlığı ilə məşğul olurlar. Həmin bazaların quru qoşunları üçün müharibə meydanı olacağı deyilir.

“Təxminən 2,3 min hərbi qulluqçu İraqın Suriya ilə sərhəddəki Anbar vilayətinə göndəriləcək. Bu hərbi qüvvələr “İslam Dövləti” qruplaşmasının irəliləyişini dayandıracaq”, - “Al-Baqdadiya” telekanalı xəbər verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm