• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Putin Lukaşenko və Nazarbayevdən kömək istədi

  • Dünya
  • 11 Oktyabr 2014 00:17
  • 711 Baxış
Putin Lukaşenko və Nazarbayevdən kömək istədi

Rusiya Federasiyası prezidenti Vladimir Putin Ukrayna məsələsində Qazaxıstan və Belarusun Moskva ilə vahid mövqedən çıxış etməsini təklif edib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Kreml rəhbəri assosiasiya haqqında razılaşmaya düzəlişlər üzrə Ukrayna və Avropa Birliyi ilə aparılacaq danışıqların çətin keçəcəyinin gözlənildiyini bildirib.

V.Putin xatırladıb ki, Kiyev və Brüssel assosiasiya haqqında razılaşmanın icrasını təxirə salmağa razılaşıb. “Bundan sonra isə vəziyyətin düzəldilməsi üçün imkan yaranıb. Hansı ki, razılaşmanın icrası bizim iqtisadiyyatlarımıza zərər vura bilərdi. Danışıqlar çətin keçəcək və buna görə də bizə bir mövqedən çıxış etmək lazımdır”, - Rusiya prezidenti Belarus və Qazaxıstan prezidentlərinə müraciət edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR