Ebola Azərbaycanın kandarında
Bizi izləyin

Dünya

Ebola Azərbaycanın kandarında

Minlərlə insanın ölümünə səbəb olmuş Ebola virusu Azərbaycanın sərhədlərinə qədər irəliləyib.

Publika.az xəbər verir ki, qonşu Gürcüstanda 13 nəfər Ebola şübhəsi ilə saxlanılıb. Ümumilikdə isə qonşu ölkədə Ebola ilə mübarizə çərçivəsində 60-dan çox adam nəzarətə alınıb. Onlardan bir nəfərin Gürcüstan vətəndaşı olduğu, digərlərinin isə risk qrupuna daxil olan ölkələrdən gəldiyi bildirilir.

Ebola virusunun gizli dövrü 21 gün olduğundan həmin şəxslərin də bu müddət ərzində nəzartdə saxlanılacağı qeyd edilir.

Qeyd edək ki, Qərbi Afrikada Ebola virusundan 3879 nəfər ölüb, 8033 nəfər virusa yoluxub.

Liberiya, Siyerra-Leon, Qvineya, Nigeriya, Konqo Demokratik Respublikası və Seneqalda ebola virusuna yoluxma qeydə alınıb. Hətta ötən gün İspaniyada da tibb bacısının virusa yolxduğu aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm