Separatçıların sərhədlər barədə bəyanatı yalan çıxdı
Bizi izləyin

Dünya

Separatçıların sərhədlər barədə bəyanatı yalan çıxdı

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “baş nazirin müavini” Ravil Xalikovun bəyanatını təkzib edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko separatçıların bəyanatlarını provokasiya adlandırıb.

A.Lısenkon bildirib ki, Ukrayna hərbçiləri heç bir yaşayış məntəqəsini tərk etməyib və atəşkəsin elan edildiyi vaxtda tutduqları mövqeləri əllərində saxlayırlar

Qeyd edək ki, bu gün “DXR”in “baş nazirin müavini” Ravil Xalikov “respublika”nın nümayəndələrinin demarkasiya xətti üzrə Ukrayna ilə razılaşdığını bildirib.

“Əlavə edə bilərəm ki, Ukrayna tərəfi bizim xəritələrimizlə göstərilən demarkasiya xətti ilə razılaşdı. Onların variantına görə, biz bir sıra yaşayış məntəqələrini güzəştə getməli idik. Ancaq nəticədə bizim variantımız qəbul edildi”, - deyə R.Xalikov söyləyib.

Həmçinin o əlavə edib ki, razılaşma yalnız indi elan olunsa da, iki gün əvvəl əldə edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm