ABŞ-dan açıqlama: Türkiyə ilə razılaşdıq
Bizi izləyin

Dünya

ABŞ-dan açıqlama: Türkiyə ilə razılaşdıq

Türkiyə Suriyanın mülayim müxalifətinə təlim keçməsi və təçhizatı proqramını qəbul edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Marie Harf bildirib.

O, gələn həftə amerikalı bir qrupun Ankaraya gedərək bu məsələnin planlaşdırılması ilə əlaqədar hərbi kanallarla danışıqlar aparacağını söyləyib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın xüsusi nümayəndəsi Jon Allenin Ankarada keçirdiyi görüşlərdə əhəmiyyətli qərarlar qəbul edilib. Türk və amerikalı generalların İŞİD-in Suriyadakı fəaliyyətinə qarşı ortaq plan hazırlayacağı bildirilir. J.Allenin keçirdiyi görüşlərin nəticəsi olaraq ABŞ-ın Türkiyənin istəyi ilə Suriyada Əsəd rejiminə qarşı mülayim müxalifətin dəstəklənilməsi qərarı qəbul etdiyi xəbər verilir.

ABŞ prezidenti Barak Obamanın İŞİD-lə Qlobal Mübarizə Koalisiyasında xüsusi nümayəndəsi Jon Allen və onun köməkçisi Brett Makgurk dünən Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu və baş nazir Əhməd Davutoğlu ilə görüşüb. Allen həmçinin Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlu ilə də görüşüb. Bu görüşlərdə Türkiyənin 4 tələbinin irəli sürdüyü deyilir.

-Suriya və İraqda terror təşkilatlarının səbəb olduğu təhlükəsizlik problemi əhatəli bir strategiya ilə həll edilməlidir.

-Türkiyədə 1,5 milyondan yuxarı qaçqın var. Uçuşa qadağan və etibarlı bölgənin yaradılması Türkiyə istiqamətdə qaçqın axınının dayandırılması üçün lazımdır.

-Suriya və İraqda təhlükəsizlik problemlərinin təməlində Əsəd rejimi və bu rejimin hələ də hakimiyyətdə olması dayanır.

-Suriyadakı siyasi transformasiya Cenevre Bəyannaməsi çərçivəsində həyata keçirilməlidir.

General Allen və onun köməkçisi həm İŞİD, həm də Əsəd rejimi ilə mübarizə aparan Suriyanın mülayim müxalifətini gücləndirilməsinin Suriya böhranının həlli üçün vacib olduğunun vurğulayıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm