“Boinq-777”də ölənlərin qohumları məhkəməyə müraciət edəcəklər
Bizi izləyin

Dünya

“Boinq-777”də ölənlərin qohumları məhkəməyə müraciət edəcəklər

Ukraynanın Donetsk vilayətində qəzaya uğrayan "Boinq-777" təyyarəsində həlak olan hollandiyalıların qohumları ölkə hökumətinə qarşı iddia hazırlayır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyinə həlak olanların maraqlarını müdafiə edən vəkil Bob van Qoen bildirib.

Vəkil qeyd edib ki, iddianı qaldıranlar Niderland hökumətindən kompensasiya almaq niyyətindədir. Onun sözlərinə görə, həlak olanların qohumları artıq yazılı formada Niderland hökumətinə məlumat veriblər.

Xatırladaq ki, sərnişin təyyarəsi iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçarkən Ukraynanın Donetsk vilayətində vurulub. Təyyarənin göyərtəsində 298 nəfər, o cümlədən, 85 uşaq və 15 heyət üzvü olub. Hadisəyə görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Bu isə qarşılıqlı ittihamların bir-birini əvəzləməsinə səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm