AKP: "Kobanidə iki terror qruplaşması arasında müharibə gedir"
Bizi izləyin

Dünya

AKP: "Kobanidə iki terror qruplaşması arasında müharibə gedir"

"Kobanidə əksəriyyəti qocalar olamqla 700-dək mülki şəxs qalıb".

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura bildirib. O qeyd edib ki, həmin sakinlər İŞİD-in əlinə keçərsə, qətliam olacaq. 1995-ci ildə Bosniyada baş verənləri xatırladan Mistura Türkiyəni Kobaniyə seyrci olmamağa çağırıb.

"Biz Türkiyəni ən azı könüllülərin və onların silahlarının sərhəddən keçməsinə icazə verməyə çağırırıq", - BMT nümayəndəsi Cenevredə jurnalistlərə deyib.

Amma Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay BMT təmsilçisinin narahatçılığının əsası olmadığını bildirib. Onun sözlərinə görə, Kobanidə bir nəfər də olsun mülki şəxs qalmayıb. Onlar Türkiyəyə sığınıblar.

"Kobanidə isə PKK terrorçularının həşir qopardıqları qədər də faciə baş vermir. Orada sadəcə iki terror qruplaşması arasında müharibə gedir", - deyə Yasin Aktay vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm