• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Erməni ekspert: “Putin Ermənistana birinci tapşırığını verdi”

  • Dünya
  • 11 Oktyabr 2014 11:08
  • 1 469 Baxış
Erməni ekspert: “Putin Ermənistana birinci tapşırığını verdi”

“Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqına qoşulan Ermənistana dərhal birinci tapşırığı verdi: O bildirdi ki, ittifaq üzvləri Ukraynada hadisələr üzrə vahid mövqeyi ifadə etməlidir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni ekspert Naira Ayrumyan Avrasiya İqtisadi İttifaqının Minskdə keçirilən sammitində Rusiya prezidenti Vladimir Putinin çıxışını şərh edərkən deyib.

Xatırladaq ki, V.Putin Ukrayna məsələsində Qazaxıstan və Belarusun Moskva ilə vahid mövqedən çıxış etməsini təklif edib. V.Putin xatırladıb ki, Kiyev və Brüssel assosiasiya haqqında razılaşmanın icrasını təxirə salmağa razılaşıb. “Bundan sonra isə vəziyyətin düzəldilməsi üçün imkan yaranıb. Hansı ki, razılaşmanın icrası bizim iqtisadiyyatlarımıza zərər vura bilərdi. Danışıqlar çətin keçəcək və buna görə də bizə bir mövqedən çıxış etmək lazımdır”, - Rusiya prezidenti Belarus və Qazaxıstan prezidentlərinə müraciət edib.

Amma erməni eksperti qeyd edir ki, Ukrayna məsələsi üzrə Belarus və Qazaxıstanın mövqeyi çoxdan məlumdur və onlar Kremlin mövqeyi ilə razılaşmırlar. N.Ayrumyan hesab edir ki, Putin tapşırığı məhz Ermənistana verib.

Dünən rusiyalı ekspertlərdən biri Ermənistanı ittiham edib ki, erməni diasporu Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarının qarşısını almaq üçün nəhəng resurslarından istifadə etməyib. N.Ayrumyanın fikrincə, Kreml İrəvanı erməni diasporundan Qərbdə agent kimi istifadə etməyə məcbur edəcək.

“Ermənistana təzyiq bu gün bitmədi, hələ indi başlanır. Güman etmək olar ki, hansısa növbəti tələblər olacaq”, - deyə erməni eksperti vurğulayıb.

Xatırladaq ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq, bu ölkələrdən ərzaq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib. Rusiya Belarus və Qazaxıstana da bu məhdudiyyətlərə qoşulmağı təklif edib. Amma Moskva Minsk və Astanadan rədd cavabı alıb.

Amma İrəvanın Astana və Minskdən fərqli olaraq, Putinin tapşırıq və təkliflərinə “yox” deyəcəyi inandırıcı deyil.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR