• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Ermənistan Allaha yalvarırdı ki, onun üçün ər tapılsın”

  • Dünya
  • 11 Oktyabr 2014 11:38
  • 524 Baxış
“Ermənistan Allaha yalvarırdı ki, onun üçün ər tapılsın”

“Ermənistanın hazırkı prezidentinə tamamilə aydındır ki, Rusiyanın yer aldığı istənilən siyasi və iqtisadi təşkilatda iştirak etmək ölkəni beynəlxalq təcridə aparır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni analitik İqor Muradyan Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını şərh edərkən deyib.

Erməni analitik prezident Serj Sarkisyanın son dərəcə alçaldıcı vəziyyətlə qarşılaşdığını bildirib.

“Ermənistanı idarə edən rejimi qətiyyən maraqlandırmır ki, bu ölkənin sabahı necə olacaq. Ermənistan bakirəliyindən məhrum edilmiş qızı xatırladır. Allaha yalvarırdı ki, onun üçün ər tapılsın”, - deyə İ.Muradyan qeyd edib.

O hesab edir ki, İrəvandakı rejim Moskvadana gələn göstərişləri avtomatik yerinə yetirəcək: “İlk tapşırıqlardan biri NATO-nun Ermənistandan uzaqlaşdırılması ilə bağlı olacaq. İrəvanın NATO ilə münasibətləri rusları çox narahat edir. Bu tapşırığın yerinə yetirilməsi silahlı qüvvələrin kadr tərkibinin tədricən məhv edilməsi ilə müşayiət olunacaq. Hərbi komandanlığın və ordunun diskreditasiyası bütovlükdə ordunun onun əhəmiyyətli ölçüdə zəifləməsinə gətirib çıxaracaq”.

İ.Muradyan Rusiyanın iqtisadi inkişafın lokomotivi rolunu yerinə yetirmək vəziyyətində olmadığını bildirib: “Rusiya tamamilə təcrid olub. Hətta Çinlə əlaqələrin inkişaf edəcəyinə ümid yoxdur. Rusiya Türkiyə ilə əməkdaşlığı genişləndirməyə cəhd edir. Rusiyanın daxili və xarici siyasəti Türkiyənin maraqlarına tabe ediləcək. Bu, tədricən, amma birtərəfli baş verəcək. Çünki heç bir başqa dövlət Rusiyaya bu qədər güclü təsir linglərinə malik deyil. Beynəlxalq plandakı dövlət "əkiz" olub. Amma bu əməkdaşlıq güc balansını bildirmir, Rusiya ilə münasibətlərdə Türkiyənin açıq üstünlüyünü göstərir. Belə bir perspektivdə Ermənistanın taleyi necə olacaq? Bunu anlamamaq üçün ağıldankəm olmaq lazımdır. Adi insanlar bunu anlasalar da, siyasətçilər anlaya bilmir”.

“Rusiyanın Ermənistan üzərində nəzarəti İrəvanın Moskvanın siyasətinə hansısa bir təsirinin olduğu anlamına gəlmir. Bunu Azərbaycanın Rusiya tərəfindən silahlandırılması da göstərdi. Serj Sarkisyan həmin vaxt əmin olmaq imkanına malik idi ki, onun utancaq çıxışları Moskvada heç kəsi maraqlandırmır. Rusiya və Ermənistanın münasibətləri Rusiya-Türkiyə münasibətləri üçün təsir vasitəsidir. Praktik olaraq, erməni xalqı suveren dövlətdən imtina etdi. Bunu başqa cür adlandırmaq mümkün deyil”, - deyə erməni analitiki sonda vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR