İtkin liderin aqibəti bəlli oldu – ŞİMALİ KOREYA
Bizi izləyin

Dünya

İtkin liderin aqibəti bəlli oldu – ŞİMALİ KOREYA

Sentyabrın 3-dən indiyədək "itkin düşən" Şimali Koreya lideri Kim Yonq Unun ayağı ağrıyırmış. Yüz gün dincəlməsi vacib olduğundan o, ictimaiyyət qarşısına çıxmayıb.

Publika.az xəbər verir ki, Şimali Koreya lideri Kim Yonq Unu sentyabrın 3-dən indiyədək heç yerdə görən olmayıb. Kameralardan uzaq gəzən liderin aqibəti haqqında bir çox iddialar ortaya atılıb. Mediadakı bəzi iddialara görə isə öldürülüb. Sonuncu dəfə bibisinin əri ilə bir yerdə “Moranbong Band” qrupunun konsertində kameralara yaxalanan Şimali Koreya liderinin ayağının ağrıdığı və müalicə olunduğu deyilib.

Cənubi Koreyanın Seuldakı bir naziri Kim Yonq Unun hələ də vəzifəsini icra etdiyini deyib.

Cənubi Koreya mediası isə Kim Yonq Unun ayağı ağrıdığından 100 günlük istirahət götürdüyünü, buna görə də ictimaiyyət və media qarşısında görünmədiyini yazıb.

Lakin bu vəziyyətlə əlaqədar Şimali Koreyadan rəsmi bir açıqlama gəlməyib.

Xatırladaq ki, Kim Yonq Un üçillik diktatorluğu ərzində ilk dəfə Fəhlə Partiyasının ildönümünə qatılmayıb. Əvəzində isə atasının abidəsinin üzərinə simvolik olaraq onun adından çələng qoyulub.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm