• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Financial Times”: “Putin ikinci variant seçməklə ölkənin gələcəyini seçdi”

  • Dünya
  • 11 Oktyabr 2014 12:56
  • 484 Baxış
“Financial Times”: “Putin ikinci variant seçməklə ölkənin gələcəyini seçdi”

Kreml NATO ölkələrindən birinə qarşı provokasiyaya gedə bilər.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir xəbərdarlıqla ABŞ-ın “Financial Times” nəşri çıxış edib.

Qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putinin qarşısında iki variant var idi: “Birinci variant o idi ki, Putin Ukraynaya təcavüzü dayandırır və Ukraynanın gələcəyi haqqında diplomatik danışıqlara başlayır. İkinci variant isə bundan ibarətdir ki, Putin Ukraynaya qarşı indiki siyasətini həyata keçirməkdə və sanksiyalara qarşı dayanmaqda davam edir. Putin son variantı seçdi və bu seçim böyük ölçüdə Rusiyanın gələcəyini müəyyən edir”.

“Financial Times” qeyd edir ki, sanksiyalar nəticəsində Rusiyaya investisiyaların axını və iqtisadi artım tempi azalıb: “Maqnat Yevtuşenkovun həbsindən sonra bəziləri Putin Rusiyasını tərk etmək barədə fikirləşir. Bir çoxları da artıq öz pulunu xaricə çıxarıb. Ölkədən kapital axını proqnozlara əsasən bu ildə 120 milyard dollarla rekord təşkil edəcək. Rusiya rublunun dəyəri 1998-ci ildən sonra ən aşağı səviyyəyə düşüb. Kreml xalqın diqqətini iqtisadi problemlərdən yayındırmaq üçün Qərbə qarşı şovinist əhvali-ruhiyyəni alovlandırır”.

Amerika nəşri hesab edir ki, Krımın hələ də işğal altında qalması və Moskvanın Ukraynanın şərqində dondurulmuş münaqişənin yaradılması istiqamətində işi Rusiya-Qərb münasibətlərinin əvvəlki səviyyəsinə qayıtmasına imkan verməyəcək. “Financial Times” Qərbin Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalı olduğunu bildirir.

“Real təhlükə ondan ibarətdir ki, Rusiyanın Krıma hücumundan sonra Putinin ölkə daxilində reytinqi maksimuma çatıb. Putin bundan sonra Ukraynanın içərilərinə hərəkət etməklə və NATO üzvü olan Baltikyanı dövlətlərdən birində provokasiya təşkil etməklə öz reytinqini möhkəmləndirməyə çalışa bilər”, - deyə amerikan nəşri sonda qeyd edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR