• USD 1,7025 +0,02% EUR 1,8627 +0,72%
    • GBP 2,1858 +0,43% RUB 0,0304 -0,33%

Kobanidə ölənlər Türkiyədə kürdləri küçələrə tökdü - Fotolar

  • Dünya
  • 11 Oktyabr 2014 20:14
  • 592 Baxış
Kobanidə ölənlər Türkiyədə kürdləri küçələrə tökdü - Fotolar

Suriyanın Kobani vilayətində İŞİD terrorçularının qanlı əməliyyatları Türkiyə kürdlərini yenidən küçələrə töküb.

Axar.az-ın İstanbuldakı əməkdaşının verdiyi xəbərə görə, minlərlə insan hökuməti Kobaniyə hərbi müdaxilə etməyə çağıran şüarlar səsləndirib. İstanbulda yaşayan kürdlər İŞİD tərəfindən öldürlən soydaşları üçün simvolik kəfələnlərə də bürünüblər. İçərisində meyit olmasını əks etdirən ağ parçalar Kobanidə öldürlən kürdləri simvolizə edir.

Hər hansı bir provakasiya olmasını önləmək üçün polis aksiyanı nəzarətə götürüb. Dünən gecə keçirilən aksiyalarda nümayişçilərin üzərinə maşın sürülməsinə görə indi də problem yaşanması istisna edilmir.

Xatırladaq ki, ötən gün nümayişçilərin üstünə avtomobil sürülməsini rəsmilər təxribat kimi qiymətləndirmişdi.

Məsələ ilə bağlı yeni məlumatları sizinlə paylaşacağıq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR