Bağdada partlayış: 41 ölü, 76 yaralı
Bizi izləyin

Dünya

Bağdada partlayış: 41 ölü, 76 yaralı

İraqın paytaxtı Bağdadın fərqli bölgələrində təşkil edilən bombalı hücumlarda 41 nəfər ölüb, 76 nəfər yaralanıb.

Publika.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Bağdadın Kazımiyyə səmtindəki bir yolda dayanmış avtomobil partladılıb. Nəticədə 6 adam ölüb, 22 nəfər yaralanıb.

İkinci hadisə isə paytaxtın şimal hissəsində - Əş-Sula məhəlləsində iki avtomobilin partladılması nəticəsində 32 nəfər həlak olub, 43 nəfərin isə yaralandığı bildirilir.

Şəhərin qərb hissəsindəki mağazaların qarşısında törədilən partlayışda isə 3 nəfər ölüb, 11-i yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm