Dünya
Paytaxta müxalifətin qərargahında partlayış olub, xəsarət alanlar var
Ukraynanın paytaxtı Kiyevdə müxalifətin qərargahının
yerləşdiyi Həmkarlar Evində partlayış baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış
nəticəsində gözündən xəsarət almış yeniyetmə və bədən xəsarəti
almış digər şəxs xəstəxanaya çatdırılıb.
Daha əvvəl verilən məlumata görə, bu binada qutunun partlaması
nəticəsində bir nəfər xəstənaya çatdırılıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə yerinə baxış
keçirmək cəhdinin qarşısı etiraz aksiyalarının iştirakçıları
tərəfindən alınıb. Bununla belə, fakt üzrə məlumat protokola daxil
edilib.
Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında
Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə
açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə
keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə
orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar
nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və
avrointeqrasiyanın davam etdirilməsini tələb edir.
Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir
vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən,
Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin
səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra
edir.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB