Poroşenko müdafiə nazirini istefaya göndərdi
Bizi izləyin

Dünya

Poroşenko müdafiə nazirini istefaya göndərdi

Ukrayna prezidenti Pyotr Poroşenko müdafiə naziri Valeri Qeleteyi istefaya göndərib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının saytında bildirilir.

Ukrayna prezidenti vurğulayıb ki, müdafiə nazirinin dəyişdirilməsi üçün münasib vaxtdır. P.Poroşenko sabah Ali Radanın müzakirəsinə Müdafiə Nazirliyinin yeni rəhbərinin namizədliyini təqdim etmək niyyətindədir. Yeni müdafiə nazirinin kimliyinə isə Ali Radanın 14 oktyabrda keçiriləcək iclasında aydınlıq gələcəyi deyilir.

Məlumata görə, yeni nazirin Donbas hövzəsində antiterror əməliyyatında iştirak etmiş bölmələrdən birinin komandiri ola biləcəyi gözlənilir. Son zamanlar V.Qeletey ölkənin şərqində həyara keçirilən əməliyyatların uğursuzluğuna görə güclü tənqid olunurdu.

V.Qeletey 2014-cü ilin iyul ayında müdafiə naziri postuna təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm