Hillari Klinton Obamaya sui-qəsd hazırlayıb – İddia
Bizi izləyin

Dünya

Hillari Klinton Obamaya sui-qəsd hazırlayıb – İddia

ABŞ-da növbəti prezident seçkilərinin mümkün namizədlərindən olan sabiq-dövlət katibi Hilari Klinton prezident Barak Obamaya qarşı sui-qəsdin müəllifi ola bilər.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə amerikalı siyasi texnoloq Dik Morris bildirib.

Onun sözlərinə görə, ABŞ-ın keçmiş müdafiə naziri Leon Panettanın uğursuz xarici siyasətə görə Obamanı tənqid etməsi də bunu göstərir. Siyasi texnoloq hesab edir ki, Panetta davranışı ilk zərbə və Hilari üçün sifarişli qətldir.

Xatırladaq ki, bu həftə Leon Panetta “Yahoo News”a müsahibəsində Obamanı qətiyyətsiz siyasətçi adlandırıb və onun xarici siyasəti nəticəsində ABŞ-ın beynəlxalq cəmiyyətdə etibarını itirdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm