• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qətər Qəzzaya 1 milyard dollar ayırdı

  • Dünya
  • 13 Oktyabr 2014 04:08
  • 404 Baxış
Qətər Qəzzaya 1 milyard dollar ayırdı

Qəzzanın bərpa edilməsi üçün Qahirədə keçirilən ianə konfransında ABŞ 212 milyon dollar (166 milyon AZN), Qətər isə 1 milyard dollar (784 milyon AZN) verəcəyini vəd edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, İsrail ilə Həmas arasında 50 gün davam edən münaqişədən sonra Qəzzanı yenidən bərpa etmək üçün Fələstin Hakimiyyəti ümumi olaraq 4 milyard dollar xahiş edib.

Müharibədə ən azı 100 000 Qəzza sakini evini itirib, ərazinin infrastrukturuna ciddi ziyan vurulub.

Bundan əvvəl Fələstin və Misir prezidentləri İsraili uzunmüddətli sülh təşəbbüsünə çağırış etmişdi.

Yeddi həftə davam edən münaqişədə 2100-dən çox fələstinli öldürülüb. Onların əksəriyyəti mülki şəxslər olub. İsraildə isə 66 əsgər və yeddi mülki şəxs ölüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR