Rusiyanın 4500 əsgəri həlak olub – Şok iddia – VİDEO
Bizi izləyin

Dünya

Rusiyanın 4500 əsgəri həlak olub – Şok iddia – VİDEO

Ukraynada 4500-dən çox Rusiya hərbçisi həlak olub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın “1+1” telekanalının “Cəsur ürəklər” layihəsində rusiyalı hüquq müdafiəçisi Yelena Vasilyeva bildirib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti ölən hərbçilərin təlimlərdə olduğunu bildirərək hərbçilərin valideynlərini aldadır. Hüquq müdafiəçisi qeyd edib ki, Ukrayna ərazisində rus hərbçilərin ölüm səbəbləri insult, travma, infarkt və intihar göstərilir.

“Rusiyalı əsgərləri “ətçəkən maşına”a göndərdilər. Ukraynada döyüşən əsgərlərin analarına deyirlər ki, onların oğulları hərbi təlimlərdədir. Mən əsgər analarının çoxları ilə yazışıram. Onları inandırırlar ki, heç bir müharibə yoxdur. Onlara qara kağız veriləndə isə deyirlər ki, oğullarının ölüm səbəbi insult, travma, infarkt, intihar və sairduir. Rusiyanın 4500 əsgərinin həlak olduğu artıq məlumdur. Onlardan təxminən 300-ü dəfn edilib. Yəni, onların cəsədləri valideynlərinə çatdırılıb”.

Qeyd edək ki, bu, Rusiya əsgərlərinin Ukraynada döyüşməsi və böyük itkilərin verməsi ilə bağlı ilk xəbər deyil. Baxmayaraq ki, Moskva rəhbərliyi bütün bu iddiaları rədd edir. Ancaq belə böyük bir rəqəm ilk dəfədir ki, səslənir.

Ukraynada ölən Rusiya vətəndaşlarının əksəriyyətinin isə Şimali Qafqaz, xüsusilə Çeçenistan Respublikasının sakinlərinin olduğu şübhə doğurmur.

Məsələn, Çeçenistan Respublikasında 18-ci motoatıcı briqadada xidmət etmiş 20 yaşlı Anton Tumanov və onun yoldaşlarının Donetskdə öldürüldüyü barədə anası Yelena Tumanova bir müddət əvvəl danışıb. Çeçenistan sakinləri respublika ərazisindəki hərbi hissələrin bütövlükdə Ukrayna ilə həmsərhəd Rostov vilayətinə göndərildiyini bildirirlər.

Avqustun 25-də Rusiya Federasiyası prezidenti yanında Şuranın hərbi-vətəndaş münasibətləri üzrə daimi komissiyanın sədri Sergey Krivenko və komissiyanın üzvü Ella Polyakov Çeçenistan Respublikasındakı 18-ci motoatıcı briqadanın 9 hərbçisinin Rostov vilayətində yerləşən poliqonda həlak olması barədə informasiyanın yoxlanılması xahişi ilə istintaq komitəsinə müraciət edib. Əsgər Analarının Komitəsinin rəhbəri Lyudmila Boqatenkova iddia edir ki, onlar müqavilə ilə Ukraynada vuruşurdular. Avqustun 28-də isə S.Krivenko və E.Polyakov Rusiya Federasiyası istintaq komitəsinin hərbi istintaq idarəsinə müraciətlərində sözügedən məsələ ilə bağlı cinayət işinin qaldırılmasını xahiş edib.

Y.Tumanovanın sözlərinə görə, 12 avqustda 1200 nəfərlik kolon Ukraynaya daxil olub və 13 avqustda sərhəddən 15 kilometr içəridə yerləşən bir zavodun ərazisində dayanıb. Lakin həmin gün hərbi kolon Ukrayna ordusunun “Qrad” atəşinə məruz qalıb. Öldürülmüş əsgər anası oğlunun yoldaşlarına istinadən iddia edir ki, 1200 nəfərdən 120-si ölüb, 450-si isə yaralanıb. “Mənim Antonum irəlidə idi. Nə səngər, nə də müdafiə var idi”, - deyən Y.Tumanova 20 avqustda Rostov meyitxanasından oğlunun ölüm haqqında şəhadətnaməsini və tabutunu alıb.

Bu cür faktlar və iddialar yüzlərlədir. Amma Rusiya əvvəlki kimi münaqişə tərəfi olmadığını iddia etməkdə davam edir. Rusiyalı hüquq müdafiəçisinin səsləndirdiyi rəqəm isə Rusiyanın Dondasdakı müharibədə iştirak səviyyəsini açıq şəkildə göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm