Ərdoğanın üç cangüdəni öldü – FOTO
Bizi izləyin

Dünya

Ərdoğanın üç cangüdəni öldü – FOTO

Sivasda polisləri aparan avtobus çevrilib və üç polis şəhid olub.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Malatya Polis İdarəsi nəzdindəki Çevik Polis Alayını daşıyan avtobus Gümüşxanadan qayıdan zaman Sivas yaxınlığında qəzaya uğrayıb.

Alay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Gümüşxana şəhərinə səfəri zamanı onu qorumalı idi.

Yağışa görə sürüşkən olan yolda nəzarətdən çıxaraq çevrilən avtobusdakı polislərdən üçü şəhid olub. 33 nəfər yaralanıb. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır.

Qəza Türkiyə vaxtı ilə saat 01:30 radələrində Sivas-Ərzincan avtoyolu üzərində yerləşən İmranlı rayonunun mərkəzinə 25 kilometrlik məsafədəki Qızıldağ keçidinə girən zaman baş verib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm