Separatçılar maqnit-rezonans silahlardan istifadə edir
Bizi izləyin

Dünya

Separatçılar maqnit-rezonans silahlardan istifadə edir

Separatçılar Donetsk aeroportu və Ukrayna ordusunun Talakovski rayonundakı mövqelərini ötən gecə “Qrad” yaylım atəş sistemlərindən atəşə tutub.

Publika.az-ın TSN telekanalının saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna antiterror güclərinin mətbuat katibi Vladislav Seleznyov bildirib.

Onun sözlərinə görə, separatçılar Debalsevoqo, Nikişinoqo, Redkoduba və Çernuxinoqo yaşayış məntəqələrini bütün gecə ərzində atəş altında saxlayıb. Separatçıların xüsusi olaraq RSZO BM-21 “Qrad” yaylım atəş sistemlərindən istifadə etdiyi deyilir.

V.Seleznyov həmçinin separatçıların Ukrayna hərbçilərinə qarşı Donbas hövzəsində çox muasir silahlardan istifadə etdiyini qeyd edib. O, 11 sentyabrda Donetsk vilayətinin Debalsevım rayonunda maqnit-rezonans silahlardan istifadə olunduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm