• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Tətil” ssenarisi: Moskva litvalı şagirdlərin beynini necə yuyur?

  • Dünya
  • 13 Oktyabr 2014 12:15
  • 503 Baxış
“Tətil” ssenarisi: Moskva litvalı şagirdlərin beynini necə yuyur?

Bu günlərdə Litvanın “Delfi” saytının yazdıqları ölkədə bomba effekti yaratdı. Sayt yazırdı ki, ölkədəki rusdilli gənclər Rusiyanın hərbiləşdirilmiş düşərgələrinə aparılır.

Orada cavan oğlanlara yalnız hərbi təlim verilmir, onların beyinlərini həmçinin “rus dünyası” ideyaları ilə doldururlar. Təlimlərdə son zamanlar Ukraynada baş verənlər xatırladılır və bildirlir ki, orada nizamsızlığın əsl səbəbi “faşistlər”dir.

Bu həftə aydınlaşdırıldı ki, Rusiyanın hərbi düşərgələrinə paytaxt Vilnüsdəki Sofiya Kovalevskinin adını daşıyan məktəbin şagirdləri tətil adı ilə aparılır. Bu düşərgələrdə təlim keçənlərin əksəriyyəti isə sonradan Rusiya ordusunda xidmət edir. Latviyanın elm və təhsil naziri Daynyus Pavalkis baş verənlər barədə izahat vermək üçün parlamentə çağırılıb. Nazir bildirdi ki, bununla barışmaq olmaz. O, eyni zamanda, Rusiyada keçirilən və keçmiş sovet blokunun ölkələrini əhatə edən tədbirləri təhlükəli adlandırdı.

“Deyə bilərik ki, biz bunu dəstəkləmirik, MDB və Baltikyanı ölkələr formatında keçirilən bütün tədbirləri dəstəkləməyəcəyik. Bizim şagirdlərimiz kimya üzrə olimpiadaya getmədilər. Hansı ki, MDB və Baltikyanı ölkələr formatında keçirilirdi. Amma buna baxmayaraq, məktəblər bəzən müstəqil qərarlar qəbul edir", - deyə Litvanın elm və təhsil naziri parlament qarşısında izahatında bildirb.

S.Kovalevski adına məktəbdə baş verənləri qiymətləndirən nazir məktəb rəhbərliyinin məsuliyyətsizliyi önə çəkib: “Görürük ki, bəzən məktəblərin rəhbərliyi məsuliyyətsizlik edir. Lakin düşünmürəm ki, məktəblərin səlahiyyətlərinin məhdudlaşdırılmasına ehtiyacları var. Ancaq bu cür düşərgələrə gəlincə, burada bizim fikrimiz qətidir”.

D.Pavalkis təsdiqləyib ki, nazirlik bir ay əvvəl hərbi düşərgələrə paytaxt məktəblilərinin səfərləri haqqında informasiyanı alıb. Adıçəkilən məktəb və onun müəllimləri barəsində atılacaq konkret addımlara gəlincə, nazir deyib ki, təzyiq vasitələrinə malik deyil: “Biz nəsə etməyi bacarmırıq. Nazirlik rəsmən təhsilin keyfiyyətinə görə cavab verir. Amma kimlərə nəzarət etmək və onları cəzalandırmaq üçün alətlər bizdə yoxdur. Bzi təklif edirik ki, məktəblərə nəzarət edəcək və cəzalandırma səlahiyyəti olacaq qurum yaradılsın. Amma düşünmürəm ki, uşaqların hara tətilə gedəcəyinə nəzarət etmək mümkün olsun”.

S.Kovalevski adına məktəb və hadisələrdə adı çəkilən digər bir təhsil ocağı olan Vasiliy Kaçalov adına gimnaziya Vilnüs meriyasının tabeliyindədir. Nazir bildirib ki, mer Arturas Zuokasadan vəziyyəti qiymətləndirməyi xahiş edib: "Biz təhlükəni görürük. Nazirlik məktəb rəhbərliyini işəgötürən deyil, onların işəgötürəni meriyadır. Buna görə də cənab Zuokasa müraciət etdim. Nazirliyin öz fikiri var, amma qalmaqala görə meriya reaksiya verəcək".

Vasiliy Kaçalov adına gimnaziya direktorunun nazirə yazdığı məktub isə vəziyyətin Vilnüs üçün olduqca təhlükəli olduğunu göstərir. Nazir Pavalkis parlament qarşısındakı çıxışında bildirib ki, gimnaziyanın direktoru Roza Dimentovun məktubunu alıb. Məktubda deyilirdi ki, şagirdlər hara gedəcəyi barədə qərarı müstəqil şəkildə qəbul edirlər.

Parlamentdə mühafizəkarların danlaqlarına cavab verən nazir hökuməti də tənqid etməkdən çəkinməyib. O, qeyd edib ki, hökumət vətəndaş tərbiyəsinə ayrılan maliyyəni kəsib. Pavalkis deputatları da millətlərarası düşmənçiliyi qızışdırmamağa çağırdı: “Mən Litvadakı loyal rusdilli insanları yaxşı tanıyıram. Onları siyasi oyunlarına cəlb etmək lazım deyildir”.

Nazirin bu sözləri mühafizəkarların etirazı ilə qarşılandı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR