• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD Kobaniyə əlavə qüvvə göndərdi

  • Dünya
  • 13 Oktyabr 2014 13:56
  • 1 002 Baxış
İŞİD Kobaniyə əlavə qüvvə göndərdi

Koalisiya qüvvələri hava hücumlarını davam etdirdiyi bir vaxtda Kobanidə quru döyüşlərində də ağır zərbələr alan İŞİD, Suriyanın Hələb və Rakka şəhərlərindən bölgəyə dəstək qüvvəsi yığır.

Publika.az “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, ABŞ-ın lideriliyində qurulan koalisiya qüvvələri Suriyanın Kobani bölgəsində İŞİD (İraq Şam İslam Dövləti) hədəflərini bombardman etdiyi vaxtda quruda davam edən döyüşlərdə isə terror təşkilatı digər bölgələrdən dəstək almağa məcbur olub.

Kobanidə ciddi müqavimətlə qarşılaşan İŞİD terror təşkilatı təxminən bir aydır ki, hücum etdikləri rayona dünən əlavə qüvvələr göndərib. İŞİD silah baxımında rəqiblərindən üstün olsa da Suriya İnsan Hüquqları Müşahidəçiləri Mərkəzi tərəfindən verilən açıqlamaya görə terror təşkilatı, sadəcə, 11 oktyabr tarixində baş verən döyüşlərdə 36 döyüşçüsünü itirərək ağır zərbə alıb.

Həlledici döyüş

Suriya İnsan Hüquqları Müşahidəçiləri Mərkəzinin direktoru Rami Abdurəhman “AFP”yə verdiyi açıqlamada Kobani döyüşlərinin İŞİD üçün həlledici döyüş olduğunu bildirərək bir çox cəbhədə hücum etməsinə rəğmən, terror təşkilatının şəhərə girə bilmədiyini qeyd edib. 10 oktyabr tarixində kürd qərargahının İŞİD-in əlinə keçməsinin əsas həmlə olmadığını deyən Abdurrəhman buna görə İŞİD-in xüsusilə Suriyada nəzarətində olan Rakkadakı Fərat Vadisindən Kobaniyə döyüşçü dəstəyi göndərəcəyini açıqlayıb. ABŞ-ın “CNN” televiziya kanalının da tvitter hesabından İŞİD-in Suriyanın Rakka və Hələb şəhərlərindən Kobaniyə yaraqlılara dəstək birliyi göndərdiyini elan edib.

Ənbarın 80%-i buraxılıb

İraq mediasının yerli mənbələrə istinadən verdiyi xəbərə görə, İŞİD yaraqlıları Ənbar vilayətini də tamamilə işğal etmək üzrədir. “CNN”-ə açıqlama verən ABŞ-ın yüksəkrütbəli hərbçiləri İraq hərbi qüvvələrinin paytaxtın qərbində yerləşən və Suriya ilə Bağdad arasındakı quru yolu olan Ənbar vilayətində çox çətin vəziyyətdə olduqlarını deyib. Ənbarın Şəhər Məclisinin sədri Sabah Əl-Kerhut İŞİD-in bölgənin demək olar ki, 80%-ni nəzarətdə saxladığını deyib. Şəhər Şurasının sədr müavini Fəllah Əl-İsavi də indiyənə qədər toqquşmalarda 1800 əşirət üzvünün öldürüldüyünü açıqlayıb.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR