İŞİD-dən etiraf: “Yezidi qadın və uşaqları satdıq”
Bizi izləyin

Dünya

İŞİD-dən etiraf: “Yezidi qadın və uşaqları satdıq”

Terror təşkilatı yezidi qadınları və uşaqları kölə edib satdığını etiraf etdi.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, İŞİD-in (İraq Şam İslam Dövləti) ən ciddi ictimaiyyətlə əlaqələr vasitələrindən biri kimi göstərilən “Dabiq (Dabık)” adlı jurnalda yer alan bir yazıda yezidilərin yaşadığı Sincar bölgəsinin İŞİD tərəfindən işğalından sonra sakinlərin başına gələnlərdən yazılıb.

Yazıda “yezidi qadın və uşaqlar şəriətin qanunlarına görə, Sincar əməliyyatına qatılan İslam Dövləti döyüşçülərinə paylanılıb. Kölələşdirilən yezidi ailələr İslam Dövləti əsgərləri tərəfindən satılır” deyə qeyd olunub.

“Uğursuz Xaç Səfəri” manşeti ilə çıxan jurnalda bu məqam Qurani-Kərimdəki “Qılınc” surəsi ilə əsaslandırılır və “sünnət” olduğu iddia edilib. Xəbərə görə, İŞİD hakimiyyəti yezidi qadın və uşaqları bir-birindən ayırmayaraq İslam qanunlarına “həssaslıqlarını” da nümayiş etdirdiyini bildirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm