• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İngiltərədən Fələstin üçün tarixi səsvermə

  • Dünya
  • 13 Oktyabr 2014 15:06
  • 481 Baxış
İngiltərədən Fələstin üçün tarixi səsvermə

İngiltərə parlamentinin aşağı qanadı olan Avam Kamerası bu gün Fələstin dövlətinin tanınması ilə bağlı hazırlanan təklifə səs verəcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, axşam saatlarında başlayacaq müzakirələr təxminən 6 saat davam edəcək.

“Parlament hökumətin İsrail dövlətinin yanında Fələstin dövlətinin tanınmasının lazım olduğuna inanır” başlıqlı təklif müxalifətdəki İşçi Partiyasının “Fələstinin Dostları” qrupunun başçısı Graham Morris tərəfindən hazırlanıb. Səsvermənin də bu gün keçiriləcəyi gözlənilir.

Birləşmiş Krallıqda dövlətləri parlament deyil, hökumət tanıyır. Buna görə də səsvermənin nəticəsinin hüquqi qüvvəsi olmayacaq. Ancaq müzakirələrin nəticəsi olaraq Fələstinin tanınması ilə bağlı qərar qəbul olunarsa, bu parlamentin iradəsini əks etdirəcək və qərar Fələstinin tanınması üçün hökumətə təzyiq xarakteri daşıyacaq.

İngiltərə Xarici İşlər Nazirliyinin inanc və etnik azlıqlardan məsul naziri Barones Varsi hökumətin Qəzza siyasətinə etiraz olaraq bu yaz istefa vermişdi. Varsi bugünkü səsvermə ilə bağlı “The Observer” qəzetinə müsahibəsində millət vəkillərini Fələstinin tanınması üçün səs verməyə çağırıb.

Təklifə müxalifətdəki İşçi Partiyası ilə koalisiyanın kiçik ortağı olan Liberal Demokrat Partiyanın güclü dəstək verməsi gözlənilir. İngiltərə baş naziri Devid Kameronun lideri olduğu Mühafizəkarlar Partiyasından olan bəzi millət vəkilləri isə Orta Şərq problemində “iki dövlətli” razılaşma və sülh əldə olunmadan sərhədləri bəlli olmayan Fələstinin dövlət olaraq tanınmasının düzgün olmayacağını bildirir.

İsveç də bu ayın əvvəlində Fələstinin tanınması barədə qərara gəlib. Dünyada 130-dan çox ölkə Fələstini müstəqil ölkə olaraq tanıyır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR