• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sevastopoldakı türk şəhidliyinə hörmətsizlik – Video/Foto

  • Dünya
  • 13 Oktyabr 2014 15:25
  • 882 Baxış
Sevastopoldakı türk şəhidliyinə hörmətsizlik – Video/Foto

Krımın Sevastopol şəhərində 1853-1856-cı illərdə Krım müharibəsi zamanı həlak olmuş türk hərbçilərinin xatirəsinə qoyulmuş Memorial kompleksinin yerini göstərən yol nişanları dağıdılıb. Kompleksin özünə isə ziyan vurulub.

Axar.az xəbər verir ki, bu barədə Krımdakı Azərbaycan Cəmiyyətinin rəhbəri Rahim Hümbətov məlumat verib.

“Hazırda həmin yol nişanları Sevastopol rəhbərliyinin göstərişi ilə çıxarılıb. Bu cür hərəkətlərə həmişə şəhərdə həssaslıqla yanaşılıb. Həlak olan əsgərlərin xatirəsinə həmişə həssaslıqla yanaşılıb, bu kimi addımlar isə hörmətsizlikdir”, - Hümbətov deyib.

Hümbətov yol nişanlarının çıxarılmasını Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə qarşı düşmən münasibəti kimi xarakterizə edib.

“Bundan başqa Memorialın özü də vandalların hücumuna məruz qalıb. Qəbir üstündə olan aypara və ulduzlar dağıdılıb”, - Hümbətov bildirib.

Onun sözlərinə görə, bu addım Türkiyədə mənfi qarşılanacaq və beynəlxalq qalmaqala səbəb ola bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR