“Der Spiegel” Türkiyənin İŞİD faylını açdı – Şok faktlar
Bizi izləyin

Dünya

“Der Spiegel” Türkiyənin İŞİD faylını açdı – Şok faktlar

Almaniyanın “Der Spiegel” jurnalının son sayı “Allahın Allahsız Ordusu” başlıqlı yazısı ilə çıxıb.

Publika.az-ın verdiyi xəbərə görə, yazıda Türkiyə Hökumətinin İŞİD terror qruplaşması və PKK siyasəti geniş müzakirə olunub.

Yazıda Almaniya baş naziri Angela Merkelin "Bir NATO üzvündən gözlənilən üzvlüyünü bilərək ona görə prioritetini seçməsidir” sözlərinə yer verilib. Almaniyanın məşhur xəbər jurnalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ikili siyasət yürütdüyünü iddia edir və İŞİD-ə verilən dəstəyi dəlillərlə göstərir.

Kürdlərin sıx yaşadığı Suriyanın Kobani şəhərindəki döyüşü araşdıran jurnal kürdlərin bu bölgədə muxtariyyət yaratmasına Türkiyənin qarşı olduğunu yazıb.

“Ərdoğan Qaziəntəpdəki bir çıxışında PKK ilə İŞİD-i terror təşkilatları olaraq gördüyünü söylədi. Bu isə PKK-nın Türkiyə hökuməti gözündə hələ də əsas düşmən olduğunu göstərir. Halbuki Ərdoğan illərdir ki, bir sülh prosesini icra edir. Türkiyə eyni zamanda cənubundakı kürdlərin müxtariyyət əldə etməsinə maneə törədir. Bu ikili strategiyanın bir ayağı Suriyadakı Əsədi devirmək, digər ayağı isə kürdləri əlinin altında saxlamaqdır”, - deyə Der Spiegel” jurnalı qeyd edib.

Jurnal Türkiyənin bu siyasətinin səbəbini isə belə açıqlayıb; “Ərdoğanın əsl məqsədi sülh prosesini davam etdirərək ölkəsindəki kürdləri yanında saxlamaq və 2015-ci il seçkilərini onlarla qazanmaqdır”.

Alman jurnalı hesab edir ki, Ərdoğanın istədiyi təhlükəsiz bölgənin yaradılmasının əsl məqsədi ABŞ-ı bölgədə müharibəyə çəkməkdir.

Jurnal Türkiyə hökumətinin İŞİD-ə verdiyi dəstəyi isə aşağıdakı hadisələrlə sübut etməyə çalışır:

1.Kürdlərə edilən yardıma maneə törədir, ABŞ-ı müharibəyə çəkməyə çalışır.

2. Oktyabr ayının 4-də “Pegasus” hava yollarına məxsus təyyarə PC 4180 uçuş kodu ilə Hataya enib. Səudiyyəlilər və özbəklərdən ibarət qrupda 9 İŞİD üzvü olub. Onlar əlini-qolunu yelləyərək təyyarədən çıxıb və bir avtobusa minərək gediblər.

3. Sentyabr ayının əvvəlində İraqda öldürülən bəzi İŞİD üzvlərinin üzərindən Türkiyə istehsalı olan sursat götürülüb.

4. ABŞ-ın 22 sentyabr tarixində Suriyada İŞİD-ə endirdiyi hava zərbələrində İnsani Yardım Fondunun (İHH) bir işçisi öldü.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm