İŞİD Türkiyə sərhədinə hücum etdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

İŞİD Türkiyə sərhədinə hücum etdi – SON DƏQİQƏ

Terror təşkilatı Kobanidə bomba yüklü avtomobillə kamikadze hücumu təşkil edib.

Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, həftələrdir şiddətli toqquşmaların baş verdiyi Suriyanın Kobani şəhərində bu gün yerli vaxtla saat 13:00 radələrində şiddətli partlayış meydana gəlib. Əvvəlcə partlayışın ABŞ-ın liderliyi ilə qurulan koalisiyanın İŞİD (İraq Şam İslam Dövləti) sipərlərinə edilən hava hücumu zənn edilib. Türkiyənin Şanlıurfa şəhərinin Suruc rayonunda qısamüddətli təşvişə səbəb olan şiddətli partlayışın səbəbi qısa müddətdə məlum olub.

Belə ki, Suriya İnsan Hüquqları Müşahidəçilər Mərkəzi İŞİD-in Kobanidə Türkiyə sərhədinə yaxın bomba yüklü avtomobillə kamikadze hücumu təşkil etdiyini açıqlayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm