• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

NATO-nun baş katibini və bacısını Putinlə nə birləşdirir? – KQB arxivi

  • Dünya
  • 13 Oktyabr 2014 16:46
  • 1 416 Baxış
NATO-nun baş katibini və bacısını Putinlə nə birləşdirir? – KQB arxivi

NATO-nun yeni baş katibi Yens Stoltenberq bacısı Kamilu da daxil olmaqla, ailə üzvləri ilə birlikdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (KQB) işləyib.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə Polşanın “Polonia Christiana” qəzeti çıxış edib.

“NATO-nun yeni baş katibi və Rusiya prezidenti Vladimir Putini nə birləşdirir? Elitar dünyanın insanları avtobioqrafiyaları sevmir. Belə şəxslər qrupu “avtobioqrafiyasız” kifayət qədər böyükdür. Bu həmçinin ən yüksək vəzifələr tutan siyasətçilərə də aiddir”, - deyə Polşa nəşri bildirir.

“Polonia Christiana” nümunə olaraq NATO-nun yeni baş katibi Yens Stoltenberqi göstərir: “Onun gənc ideyaları pasifizm və marksizm ruhu ilə aşıb-daşırdı. O, atəşli antiamerikanizm ruhunda idi. Stoltenberq 1970-ci illərdə keçirilən sülh nümayişlərində iştirak edirdi. Stoltenberq Osloda Amerika səfirliyində şüşələrin sındırılmasında iştirak etmişdi. Norveçin NATO-ya üzvlüyü onu həmişə narahat edirdi. O, 1995-ci ildə Norveç sənaye naziri olaraq Fransanın nüvə sınaqlarına qarşı keçirilən velosiped yarışına qatıldı. “The Norway Post” qəzetinin məlumatına görə, Stoltenberq marksistdir, kommunistdir və ruspərəstdir. NATO-nun yeni baş katibi keçmişdə Dövlət Təhlükəsizlik Komitəsi ilə əlaqələri dəstəkləyirdi”, - deyə “Polonia Christiana” yazır.

Polşa nəşri bildirir ki, 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində Stoltenberq Norveç İşçi Partiyasında gələcəyə ümid verən siyasətçilərdən idi. KQB ilə əlaqələri dəstəkləyən Stoltenberqə sovet kəşfiyyatı “Steklov” kod adı verir və onun üçün şəxsi qovluq açılır: “Stoltenberq 1990-cı ildən başlayaraq parlamentin müdafiə üzrə komitənin üzvü idi. Hansı ki, onun məxfi hərbi informasiyalara girişi var idi".

Bu şok iddianı Norveç xüsusi xidmət orqanının sədr müavini Steyn Vale də təsdiqləyib. Stoltenberq isə hesab edirdi ki, burada pis heç nə yoxdur. O iddia edirdi ki, KQB-nin agenti “sadə sovet diplomatı”dır.

“Sovet İttifaqında “sadə diplomatlar” mövcud deyildi, onlar xüsusi xidmət orqanları, xüsusilə Dövlət Təhlükəsizlik Komitəsi üçün agent olaraq öyrədilmişdilər”, - deyə polşa nəşri bildirir.

Sovet siyasətinin yürüdülməsi üçün cürbəcür sol gənclər təşkilatları əsas alətlərdən biri idi. Onlardan KQB-nin süzgəcindən süzülürdülər. Stoltenberqin bacısı Kamilu “qırmızı gənclər”in qruplarından birinə başçılıq edirdi. O, həmçinin “gizli kontaktyor” kimi sovet xüsusi xidmət orqanında qeydiyyata alınmışdı. Stoltenberqin ailəsinin başqa üzvləri də bu əlaqələrdə yer alırdılar.

“Onlar idealist idilər. Onlar kommunizmə, marksizmə inanırdılar, Moskva ilə razılaşmaya girmişdilər. Onlardan bəziləri buna görə təəssüf edəcəklər. Amma təəssüf ki, Dövlət Təhlükəsizliyi Komitəsi onları heç vaxt pulsuz buraxmayacağı barədə qəbzlərə malikdir”, - deyə KQB-nin keçmiş polkovniki Oleq Qordiyevski Norveç siyasi elitası ilə bağlı fikirlərini bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR