Poroşenko müdafiə naziri postuna namizədini irəli sürdü
Bizi izləyin

Dünya

Poroşenko müdafiə naziri postuna namizədini irəli sürdü

Ukrayna prezidenti Pyotr Poroşenko dünən boşalan müdafiə naziri postunu Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltoraka təklif edib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

“Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya müdafiə naziri vəzifəsinə Milli Qvardiyasının komandanı Stepan Poltorakın namizədliyini təqdim edib”, - deyə xəbərdə bildirilir.

Xatırladaq ki, Ukrayna prezidenti 2014-cü ilin iyul ayından müdafiə naziri olan Valeri Qeleteyi dünən istefaya göndərib. Ukrayna prezidenti vurğulayıb ki, müdafiə nazirinin dəyişdirilməsi üçün münasib vaxtdır.

P.Poroşenkonun təklifinin qəbul olunub-olunmayacağına isə Ali Radanın 14 oktyabrda keçiriləcək iclasında aydınlıq gələcək. Prezident ümidini ifadə etdi ki, onun təklifi Ali Rada tərəfindən dəstəklənəcək.

Əvvəllər Ukrayna Daxili İşlər Nazirliyinin daxili qoşunların komandanı olan S.Poltorak pedaqoji elmlər namizədi və dosentdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm