ABŞ quru əməliyyatları üçün siqnal verdi
Bizi izləyin

Dünya

ABŞ quru əməliyyatları üçün siqnal verdi

ABŞ Baş Qərargah başçısı Martın Dempsey İŞİD terror qruplaşması ilə mübarizədə quru əməliyyatlarının aparılacağı barədə siqnal verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, amerikalı general Mosulu İŞİD-dən geri almaq üçün İraqa başqa bir yardım variantının istisna edilmədiyini bildirib.

ABŞ-ın ABC telekanalına danışan Dempsey “İŞİD-ə qarşı mübarizədə Amerikan əsgəri olsa, daha təsirli olmazmı” sualına bu şəkildə cavab verib: “Bu suala bəli cavabı verəcəyim hallar da olacaq. Ancaq hazırda İŞİD-ə qarşı quru əməliyyatı Obamanın masasında yoxdur”.

Bir neçə gün bundan əvvəl isə “Al-Baqdadiya” ərəb telekanalı ABŞ-ın Küveytdə yerləşən dəniz piyadaçılarının İraqa göndəriləcəyini bildirib. Məlumatda qeyd olunurdu ki, hazırda İraqda olan Amerika hərbi mütəxəssisləri hərbi bazaların hazırlığı ilə məşğul olurlar. Həmin bazaların quru qoşunları üçün müharibə meydanı olacağı deyilir.

“Təxminən 2,3 min hərbi qulluqçu İraqın Suriya ilə sərhəddəki Anbar vilayətinə göndəriləcək. Bu hərbi qüvvələr “İslam Dövləti” qruplaşmasının irəliləyişini dayandıracaq”, - deyə “Al-Baqdadiya” telekanalı xəbər verirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm