Türk əsgəri İŞİD-çi ilə foto çəkdirib? – ŞOK FOTO
Bizi izləyin

Dünya

Türk əsgəri İŞİD-çi ilə foto çəkdirib? – ŞOK FOTO

ABŞ televiziya kanalı çox mübahisəli bir iddia ortaya atıb.

Publika.az “odatv”yə istinadən xəbər verir ki, ABŞ-ın məşhur kanallarından olan “FOKS Nyus”un əməkdaşı Oliver Nors “Twitter” sosial şəbəkəsində çox mübahisəli bir foto paylaşıb. Norsun iddiasına görə, fotoda Kobanidəki İŞİD-in hərbi bazasını bir türk əsgəri ziyarət edib.

Nors həmin fotonun Kobani sərhəd məntəqəsindəki bir muzdlu amerikalı əsgərin ona göndərdiyini iddia edib.

Fotonun nə vaxt və həqiqətən harada çəkildiyi barədə isə dəqiq məlumat yoxdur.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm