Lavrov İlham Əliyevi yada saldı
Bizi izləyin

Dünya

Lavrov İlham Əliyevi yada saldı

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MGİMO) 70 illiyi münasibəti ilə tələbələrlə görüş keçirib.

Axar.az xəbər verir ki, görüş zamanı Universitetin böyük təhsil ocağı olduğunu vurğulayan Lavrov bir çox tanınmış siyasi xadimlərin və dövlət başçılarının bu universitetin məzunu olduğunu xatırladıb.

Lavrov Prezident İlham Əliyevin, Moldova Baş nazirinin, Ermənistan, Qazaxıstan, Qırğızıstan və digər ölkə Xarici İşlər nazirlərinin MGİMO məzunu olduqlarını deyərək universitetin əhəmiyyətini bir daha vurğulayıb.

Daha sonra çıxışında Rusiyanın xarici siyasətinə yer verən rus diplomat Qərblə qarşı-qarşıya gəlmək istəmədiklərini açıqlayıb. Qlobal sabitliyin təmin edilməsi üçün təhdidlərə qarşı ortaq mübarizənin zəruri olduğunu deyən ölkənin birinci diplomatı Qərb tərəfdaşlarının düşmən rəftarına qarşı Rusiyanın qarşıdurma tərəfdarı olmadığını nəzərə çatdırıb. Nazirin sözlərinə görə, Rusiya sərhədləri xaricində yaranan problemlər qarşılıqlı hörmət və bərabər hüquqlar çərçivəsində həll olunmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm