Hizbullahdan PKK-ya şok müharibə xəbərdarlığı
Bizi izləyin

Dünya

Hizbullahdan PKK-ya şok müharibə xəbərdarlığı

Türkiyədə baş verən hadisələrdən sonra Hizbullah təşkilatı PKK-nı günahlandıraraq mübarizəni davam etdirəcəklərini bildirib.

Axar.az xəbər verir ki, Hizbullaha yaxın internet saytının verdiyi məlumata görə, təşkilat PKK-nın onlara qarşı qaldırdığı iddianın əsassız olduğunu açıqlayıb: “Hamı bilsin ki, müsəlman qardaşlarımıza bu günə qədər edilən hücumlara verdiyimiz qarşılıq bundan sonra da davam edəcək. Hədəfə alınan müsəlmanlardır. İŞİD-lə əlaqəmizin olmadığını dəfələrlə bəyan etmişik. PKK və onun törəmələrinin isə israrla bizi İŞİD-lə əlbir olduğumuzu deməsi böhtan və döyüş taktikasıdır”.

Təşkilat üzvləri PKK-nın birtərəfli olaraq Hizbullaha təzyiqlər etdiyini və buna çox sərt cavab verəcəklərini bildiriblər:

“Çox açıq və dəqiq bir şəkildə biz bu hücumları hiss edirik. Bəzi qüvvələr bunu israrla PKK-Hizbullah qarşıdurması şəklində göstərməyə və bu şəkildə cəmiyyətin şüurunda səhv bir qavrayış meydana gətirməyə çalışır. Bölgəni, xalqımızı və təcavüzkarları çox yaxşı tanıdığımız üçün bu hücumların haradan törəndiyini çox yaxşı bilirik. Biz bu hücumlara qarşı sükutla cavab verməyəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm