Yanukoviçin oğlu Tallindən izahat istədi
Bizi izləyin

Dünya

Yanukoviçin oğlu Tallindən izahat istədi

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviç Estoniyanın Xarici İşlər, Maliyyə və Ədliyyə Nazirliklərinə vəkilləri vasitəsilə məktub göndərib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Yanukoviçin oğlu rəsmi Tallindən Avropa Birliyinin (AB) ona, qardaşına və digər sabiq məmurlara qarşı tətbiq etdiyi sanksiyalar haqqında izahat istəyib.

Estoniya Ədliyyə Nazirliyinin mətbuat katibi Mariya-Eliza Tuulik bildirib ki, məktub ölkənin Xarici İşlər Nazirliyinin məsuliyyət sferasına aiddir, O, məktuba cavabın Xarici İşlər Nazirliyi tərəfindən veriləcəyini deyib.

Çirkli pulların yuyulması ittiham üzrə Yanukoviçin ailəsi barəsində araşdırma 28 fevralda Cenevrədə başlayıb. Martın 6-da isə AB və Kanada Yanukoviçin ailəsi, eləcə də digər sabiq məmurlara qarşı sanksiyaların tətbiq olunduğunu açıqlayıb. Onlara qarşı maliyyə sanksiyaları tətbiq olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm